Zaqatalada bir həftə əvvəl meşədə itkin düşən çobanın meyiti ailəsinə təhvil verilib - YENİLƏNİB

Zaqatalada bir həftə əvvəl meşədə itkin düşən çobanın meyiti ailəsinə təhvil verilib - YENİLƏNİB Zaqatala. 28 iyul. REPORT.AZ/ Zaqatalada bir həftə əvvəl itkin düşən və iki gün öncə yüksək dağlıq ərazidə meyiti tapılan Qurban İbrahimovun meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.
Hadisə
28 İyul , 2018 15:34
Zaqatalada bir həftə əvvəl meşədə itkin düşən çobanın meyiti ailəsinə təhvil verilib - YENİLƏNİB

Zaqatala. 28 iyul. REPORT.AZ/ Zaqatalada bir həftə əvvəl itkin düşən və iki gün öncə yüksək dağlıq ərazidə meyiti tapılan Qurban İbrahimovun meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, mərhumun meyiti doğulduğu Muxax kəndinə gətirilib.

Yaxınlarının "Report"a verdikləri məlumata görə, Q.İbrahimov subay olub və uzun müddətdir çobanlıqla məşğul olurmuş.

Q.İbrahimovun meyitinin ərazidən çıxarılması əməliyyatında iştirak edən kənd sakini Ramazan Ramazanov bildirib ki,meyiti təqribən 350-400 metr dərinlikdə olub.Meyiti kəndir vasitəsilə çıxarmaq isə 6 saat vaxt aparıb.

Q.İbrahimov bugün Muxax kəndində dəfn olunacaq.

Xatırladaq ki, 1982-ci il təvəllüdlü Qurban İbrahimovun meyiti iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanıb.

O, rayonda çobanlıqla məşğul imiş. 


*** 12:21

Zaqatala rayonunda bir həftə əvvəl itkin düşən və iki gün öncə yüksək dağlıq ərazidə meyiti tapılan Qurban İbrahimovun meyitini ərazidən çıxarmaq mümkün olub. 

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, mərhumun meyiti helikopterlə rayon mərkəzinə gətirilib və Məhkəmə-Tibbi Ekspertiza Şöbəsinə təhvil verilib.

Meyit müayinə olunduqdan sonra ailəsinə veriləcək. 

Xatırladaq ki, 1982-ci il təvəllüdlü Qurban İbrahimovun meyiti iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanıb. 

O, rayonda çobanlıqla məşğul imiş.

Son xəbərlər

Orphus sistemi