Zaqatalada baş vermiş ağır yol qəzasında xəsarət alanların və ölən şəxsin adları məlum olub - SİYAHI

Zaqatalada baş vermiş ağır yol qəzasında xəsarət alanların və ölən şəxsin adları məlum olub - SİYAHI Hadisə zamanı 2 nəfər xəsarət alıb, 1 nəfər ölüb
Hadisə
5 Avqust , 2017 01:39
Zaqatalada baş vermiş ağır yol qəzasında xəsarət alanların və ölən şəxsin adları məlum olub - SİYAHI

Zaqatala. 5 avqust. REPORT.AZ/ Zaqatalada baş vermiş ağır yol qəzasında xəsarət alanların və ölənin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Belə ki, "VAZ-2109" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala şəhər sakini, 1947-ci il təvəllüdlü Qulu Ağabala oğlu Raziyev, 1976-cı il təvəllüdlü Anar Tofiq oğlu Haciabdulhəlimzadə və rayonun Yuxari Tala kənd sakini, 1991-ci il təvəllüdlü Rəsul Qurban oğlu Ramazanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Qulu Raziyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya yerləşdirildikdən bir neçə dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi