Zaqatalada yol qəzasında sürücü ölüb

Zaqatalada yol qəzasında sürücü ölüb Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə
21 Sentyabr , 2022 17:11
Zaqatalada yol qəzasında sürücü ölüb

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala sakini 39 yaşlı Mustafa Süleymanovun idarə etdiyi “Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb, daha sonra fındıq bağına aşıb.

Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü M. Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi