Yuxarı

Zaqatalada avtomobil yanıb

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Zaqatala rayonunun, Yuxarı Tala kəndində vətəndaşa məxsus ümumi sahəsi 175 kv.m olan köməkçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində dayanmış "Mercedes" markalı minik avtobilinin yanar hissələri yanıb. “Report” xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi