Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.
Hadisə
17 Dekabr , 2023 21:19
Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un şimal-qərb bürosuna bildirilib.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi