Zaqatalada avtomobil 6 yaşlı uşağı vurub

Zaqatalada avtomobil 6 yaşlı uşağı vurub Zaqatala. 4 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda 6 yaşlı uşağı maşın vurub.
Hadisə
4 Oktyabr , 2018 21:22
Zaqatalada avtomobil 6 yaşlı uşağı vurub

Zaqatala. 4 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda 6 yaşlı uşağı maşın vurub.

Hadisə şahidlərinin “Report”un Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə axşam saatlarında Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala sakini Elçin adlı şəxs idarə etdiyi “Qaz-69” markalı minik maşını ilə Yuxarı Çardaqlar kəndi istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə nənəsi ilə hərəkət edən Çobankol kənd sakini, 2012-ci il təvəllüdlü Amin Sərxan oğlu Kərimovu vurub. A.Kərimov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, travmatik şok vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən A.Kərimova ağır kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi