Zaqatalada 100-ə yaxın qonaq şadlıq saraylarına buraxılmayıb

Zaqatalada 100-ə yaxın qonaq şadlıq saraylarına buraxılmayıb Zaqatala Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçirilib.
Hadisə
183
10 Avqust , 2021 18:08
Zaqatalada 100-ə yaxın qonaq şadlıq saraylarına buraxılmayıb

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, monitorinq zamanı şadlıq saraylarının sahibi və icarədarları ilə profilaktik söhbətlər aparılıb, mövcud rejimin qayda və tələbləri onların diqqətinə çatdırılıb.

Həmçinin polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı toy mərasimlərinə dəvət edilən qonaqlar içərisində ümumilikdə 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb. Onların saraylara girişinə icazə verilməyib və pandemiya dövrünün tələbləri həmin şəxslərə izah olunub.

Son xəbərlər

Orphus sistemi