​Zaqatala sakini Rusiya vətəndaşını bıçaqlayıb

​Zaqatala sakini Rusiya vətəndaşını bıçaqlayıb Hadisə içki məclisi zamanı baş verib
Hadisə
27 Fevral , 2015 06:19
​Zaqatala sakini Rusiya vətəndaşını bıçaqlayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 25-də Dağıstanın Levaşi kəndində yerləşən kafedə içki məclisi zamanı 48 yaşlı Zaqatala şəhər sakini ilə Kutişa kənd (Levaşin rayonu) sakini arasında mübahisə düşüb.

"Report" Rusiyanın Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, münaqişə zamanı Azərbaycan vətəndaşı öz rəqibinin döş qəfəsi nahiyəsinə daxilə nüfuz edən bıçaq zərbəsi endirib.

Zərərçəkən Levaşi kənd xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və polis bölməsinə aparılıb. Həmyerlimiz orada günahını etiraf edib. Hadisə yerindən bıçaq götürülüb.

Faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin Levaşin rayonu üzrə İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 111-ci maddəsi üzrə cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi