Zaqatala sakinindən 5 kiloqramdan artıq narkotik maddə aşkarlanıb

Zaqatala sakinindən 5 kiloqramdan artıq narkotik maddə aşkarlanıb Zaqatala rayonunda yerli sakin külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Hadisə
19 İyun , 2019 10:24
Zaqatala sakinindən 5 kiloqramdan artıq narkotik maddə aşkarlanıb

Zaqatala rayonunda yerli sakin külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub. 

Keçirilmiş tədbirlərin davamı olaraq R.Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfinən baxış keçirilib. Evin zirzəmisindən 3 kiloqram 745 qram və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi