“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində iki şahid ifadə verib

“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində iki şahid ifadə verib Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib
Hadisə
11 Noyabr , 2016 16:26
“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində iki şahid ifadə verib

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Adil Cəfərov və Əlibala Quliyev dindirilib.

Hər iki şəxs ifadəsində bildirib ki, “Zaminbank” ASC-dən kredit götürməyiblər. Həmin şəxslər istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini vurğulayıblar.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

M.Bayramovdan başqa 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi