Bakı. 7 fevral. REPORT.AZ/ "Son zamanlar antimilli destruktiv qüvvələrin aktivləşməklə möhkəm özüllər üzərində təməli qoyulan ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönəlmiş hərəkətlərinin, icazəli mitinq keçirmək adı ilə vətəndaşların istirahət hüquqlarını, həmçinin ümumxalq hüzn günündə şəhidlərimizin ruhuna hörmətsizlik edərək ictimai asayişi kobud şəkildə pozmaq cəhdlərinin, sosial şəbəkələr üzərindən etdikləri təhqir və böhtanlarının, ekstremist çağırışlarının qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınıb".
"Report"un məlumatına görə, bunu baş prokuror Zakir Qaralov bu gün keçirilən geniş kollegiya iclasında bildirib.
O qeyd edib ki, xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkədə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi qurmuş, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaların ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışırlar: "Azərbaycan Respublikasının Prezidenti cənab