Yuxarı
    Bağlamaq

    ​Zakir Qaralov: “2016-cı ilin birinci yarımilində 14 min 251 cinayət qeydə alınıb”

    Məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub

    Bakı. 30 iyul. REPORT.AZ/ 2016-cı ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 min 251 cinayət qeydə alınıb, bu cinayətlərin 85,6%-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,4%-i ağır və xüsusilə ağır növlər təşkil edib.

    Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

    Z.Qaralovun sözlərinə görə, həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, zorlama, xuliqanlıq, avtonəqliyyatın qaçırılması, yol-nəqliyyat hadisələri, qəzalarda həlak olanların və xəsarət alanların sayı əhəmiyyətli dərəcədə azalıb: “Adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin açılması tam təmin edilib, keçmiş illərdən bağlı qalmış 205 cinayət açılıb. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb, müxtəlif cinayətlər törətmiş 7003, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1121 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmiş, istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,9% yaxşılaşaraq 85,6% təşkil edib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi