Zabratda yanğın söndürülüb

Zabratda yanğın söndürülüb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölm
Hadisə
16 Yanvar , 2021 20:08
Zabratda yanğın söndürülüb

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

19:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi