Zabratda iki avtomobil toqquşdu, 43 yaşlı qadın yaralandı

Zabratda iki avtomobil toqquşdu, 43 yaşlı qadın yaralandı Paytaxt Bakıda yol qəzası baş verib.
Hadisə
16 Yanvar , 2021 07:10
Zabratda iki avtomobil toqquşdu, 43 yaşlı qadın yaralandı

Bakıda daha bir yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin birində olan sərnişin 1978-ci il təvəllüdlü Nəzərova Flora Məmməd qızı bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi