Zabratda dava edənləri ayırmaq istəyən şəxs bıçaqlanıb

Zabratda dava edənləri ayırmaq istəyən şəxs bıçaqlanıb Sözügedən şəxs evdən siqaret almaq üçün çıxıb
Hadisə
27 İyul , 2017 08:37
Zabratda dava edənləri ayırmaq istəyən şəxs bıçaqlanıb
Courtesy İmage

Bakı. 27 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1974-cü il təvəllüdlü Şirinov Elşad Rəsul oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

O, həkimlərə bildirib ki, Zabrat qəsəbəsində Tramvay küçəsində marketə siqaret almaq üçün gedib. Bu vaxt iki nəfərin dalaşdığının şahidi olub. O, dava edənləri ayırmaq istəyən zaman bıçaqlanıb.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Polis hadisənin dəqiq təfərrüatlarını araşdırır.

Son xəbərlər

Orphus sistemi