Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb

Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb Əli Şirinovun cəsədi batdığı yerdən 6 km aralıda tapılıb
Hadisə
12 Yanvar , 2015 00:09
Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu il yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili suya düşüb.

Nazirliyin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər və avtomobildə olan sərnişinin axtarışına başlayıblar.

Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi