Yuxarı

Yunis Hüseynov: "Kəpəz" "Səbail"lə oyunda xal qazana biləcək"

Yunis Hüseynov: "Kəpəz" "Səbail"lə oyunda xal qazana biləcək"

Bakı. 2 mart. REPORT.AZ/ "Üç oyundur ki, məğlub oluruq. Ona görə gəncəli futbol azarkeşlərini sevindirmək istəyirik".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov martın 3-də evdə "Səbail"lə keçirəcəkləri Topaz Premyer Liqasının XVIII tur matçını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, komandası uduzduğu matçlarda meydanda pis təsir bağışlamayıb: "Sadəcə, qol vura bilməmişik. Düşünürəm ki, sabah xal götürə biləcəyik. Futbolçulara inanıram. Uğursuzluq zolağından çıxmaq istəyiriksə, xal qazanmaq mütləqdir. Uşaqların özünə inamını qaytarmaq üçün uğura köklənmişik. Maksimum şəkildə gücümüzü göstərməliyik".

Oyuna hazırlığın qaydasında olduğunu deyən təcrübəli mütəxəssis əhval-ruhiyyələrini yaxşı qiymətləndirib. Onun sözlərinə görə, zədə səbəbindən Dieqo Souza "Kəpəz"ə kömək edə bilməyəcək. Digər oyunçular isə mübarizəyə tam hazırdırlar. 

Qeyd edək ki, sabah Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Səbail" matçı saat 15:00-da başlanacaq. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi