Yuxarı
    Bağlamaq

    Azərbaycanda yüksək vəzifəli məmurun anası və qardaşı yol qəzasında ölüb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 26 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xəqani Səfərovun qardaşı Bulud Səfərov və anası Xatın Səfərova yol qəzasında ölüb. "Report"un məlumatına görə, hadisə Bakı şəhərində baş verib.

    Belə ki, qəzada ağır bədən xəsarətləri alan B.Səfərov və X.Səfərova  xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi