Yük avtomobili aşıb, ölən və yaralanan var

Yük avtomobili aşıb, ölən və yaralanan var Hadisə Lənkəran rayonunun Gəgiran kəndində baş verib
Hadisə
124
23 İyul , 2015 16:04
Yük avtomobili aşıb, ölən və yaralanan var

Bakı. 23 iyul. REPORT.AZ/ Lənkəranda ağır yol qəzası baş verib. Bu barədə "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb. Belə ki, kənd sakini Zahir Əliyev idarə etdiyi "QAZ-66" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Mustafa Axundov hadisə yerində ölüb, digər sərnişini Qurban Əhmədzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi