Yuxarı
    Bağlamaq

    YPX komandiri tərəfindən döyüldüyü deyilən sürücü: "Məni kimsə vurmayıb, ailəmi kimsə təhqir etməyib"

    Belə şeyləri kimlərsə qəsdən yayıb

    Bakı. 26 avqust. REPORT.AZ/ Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) Yol Patrul Xidməti (YPX) Alayının komandiri Rəşadət Babayev tərəfindən döyüldüyü iddia olunan sürücü və həyat yoldaşı Bakı Şəhər Baş Polis İdarəsində olublar.

    BŞBPİ-dən "Report"a verilən məlumata görə, onlar bu gün sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlardan sarsıntı keçirdiklərini bildiriblər. Sürücü yazılanların əsassız olduğunu deyib: "Yazılanların heç biri doğru deyil. Həyat yoldaşım həmin küçədə bankda işləyir. Mən də onu işə aparmışdım. Maşını saxlayıb yoldaşımı düşürəndə yol polisi yaxınlaşıb sənəd istədi ki, burada maşın saxlamaq olmaz. Mən də dedim ki, bir dəqiqə dayanım, gedirəm. Orada heç bir dava olmayıb. Məni kimsə vurmayıb, ailəmi kimsə təhqir etməyib. Belə şeyləri kimlərsə qəsdən yayıb. Amma mənim bunlardan xəbərim olmayıb".

    Sürücü izahatında heç kimdən şikayətçi olmadığını qeyd edib: "Məni vuran, söyən olmayıb".

    Rəşadət Babayev özü də "Report"a açıqlamasında bildirib ki, hamilə qadını söyüb onun həyat yoldaşını vurması barədə yazılanlar yalandır: "Bizim mentalitetimiz var. Hamilə qadına qarşı kobudluq etmək kişiyə yaraşan hərəkət deyil. Orada heç bir insident olmayıb. Sadəcə, ərazidən keçəndə gördüm ki, inspektor sürücüdən maşını götürməyi tələb edir, lakin sürücü ona müqavimət göstərir, göstərişə əməl etmir. Özüm yaxınlaşdım ki, nə baş verdiyini aydınlaşdıram. Maşından qadın düşüb dedi ki, hamiləyəm, dedim, zəhmət olmasa siz maşına əyləşin, sürücü ilə yol polisi öz aralarında məsələni yoluna qoyacaqlar. Sonra sürücü səs-küy salmağa başladı. Lakin inspektor öz işini gördü. Orada kimisə vurmamışam, təhqir etməmişəm. Yazılanların hamısı yalandır".

    R.Babayev bu xəbəri yayanları məhkəməyə verəcəyini də deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi