Yol qəzalarında 6 nəfər ölüb

Hadisə
  • 31 dekabr, 2020
  • 09:42
Yol qəzalarında 6 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 30-da törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 78 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti