Yol qəzalarında 3 nəfər öldü

Yol qəzalarında 3 nəfər öldü Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
4 Fevral , 2020 11:46
Yol qəzalarında 3 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, fevral ayının 3-də törədilən 33 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi