Yağışlı hava şəraiti ilə əlaqədar olaraq yol polisi küçə və prospektlərdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti gücləndirib.
Bu barədə "Report" Bakı Şəhər Baş Polis İdarəsinə istinadən məlumat verir.
Qeyd edək ki, daha əvvəl DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı havalarla bağlı sürücülərə və piyadalara müraciət edib.


