Yol polisi Şirvanda reyd keçirib, 33 sürücü cərimələnib

Yol polisi Şirvanda reyd keçirib, 33 sürücü cərimələnib Şirvan. 27 avqust. REPORT.AZ/ Şirvan Dövlət Yol Polisi avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəhər ərazisində reyd keçirib.
Hadisə
27 Avqust , 2018 12:05
Yol polisi Şirvanda reyd keçirib, 33 sürücü cərimələnib
Report
0 : 00
0 : 00

Şirvan. 27 avqust. REPORT.AZ/ Şirvan Dövlət Yol Polisi avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəhər ərazisində reyd keçirib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı sürücülük hüququ olmadan 5, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən 1, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən 12, digər qaydaları pozan 15 sürücü barəsində protokollar tərtib edilərək müvafiq tədbirlər görülüb.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi