Yol polisi paytaxt sürücülərinə müraciət edib

Yol polisi paytaxt sürücülərinə müraciət edib Bununla bağlı sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər
Hadisə
3 Aprel , 2017 15:30
Yol polisi paytaxt sürücülərinə müraciət edib
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün saat 21:00-dan etibarən paytaxtın Yusif Səfərov küçəsində asfalt örtüyünün yenilənməsi ilə bağlı şəhərə giriş istiqaməti üzrə avtomobillərin hərəkəti birtərəfli qaydada bir neçə gün məhdudlaşdırılacaq.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Bununla bağlı sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər.

“Diqqətə çatdırırıq ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”, - idarədən əlavə olunub. 

Son xəbərlər

Orphus sistemi