AVRO-2020: DYP hərəkət iştirakçılarına müraciət etdi

AVRO-2020: DYP hərəkət iştirakçılarına müraciət etdi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) AVRO-2020-nin iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Danimarka - Çexiya qarşılaşması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Hadisə
2 İyul , 2021 14:00
AVRO-2020: DYP hərəkət iştirakçılarına müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) AVRO-2020-nin iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Danimarka - Çexiya qarşılaşması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilməsi nəzərdə tutulan sonuncu oyunu çərçivəsində yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ziya Bünyadov istiqamətində hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk, Böyük Şor bulvarı, Atletlər kəndi və Heydər Əliyev Prospekti istiqamətində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar.

Qeyd edək ki, həmin əraziyə Təşkilat Komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilərlər. Sürücülərdən xahiş edilir ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar: "Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədar nəzərdə tutulmuş qaydalara əməl etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istəyirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun Qara Qarayev stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaqlar".

Danimarka - Çexiya matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi