Yol polisi Daşkəsəndə reyd keçirdi

Yol polisi Daşkəsəndə reyd keçirdi Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.
Hadisə
10 İyun , 2021 00:28
Yol polisi Daşkəsəndə reyd keçirdi

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Bundan başqa davam etdirilən tədbirlərlə piyadalara yol verməyən sürücələr də aşkarlanıb ki, onlarla da profilaktiki söhbətlər aparılıb. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 6 nəfər barəsində müvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi