Yeznəsini bıçaqlayan 27 yaşlı gəncin məhkəməsi başlayır

Yeznəsini bıçaqlayan 27 yaşlı gəncin məhkəməsi başlayır Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Ramin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
30 Dekabr , 2019 18:03
Yeznəsini bıçaqlayan 27 yaşlı gəncin məhkəməsi başlayır

Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Ramin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Səbuhi Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.

Hadisəni törədən zərərçəkmişin qaynı, 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən saxlanılan F.Quliyev məsuliyyətə cəlb edilib və ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi