Yeznəsinə 7 bıçaq vuran şəxsə hökm oxunub

Yeznəsinə 7 bıçaq vuran şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hadisə
13 Sentyabr , 2019 12:32
Yeznəsinə 7 bıçaq vuran şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, B.Yaqubov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi