Yeznəsinə 7 bıçaq vuran şəxs apellyasiya şikayəti verib

Yeznəsinə 7 bıçaq vuran şəxs apellyasiya şikayəti verib Yeznəsini öldürməyə cəhddə təqsirli bilinən Bəhram Yaqubov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Hadisə
19 Oktyabr , 2019 16:31
Yeznəsinə 7 bıçaq vuran şəxs apellyasiya şikayəti verib

Yeznəsini öldürməyə cəhddə təqsirli bilinən Bəhram Yaqubov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, apellyasiya şikayəti hakim Həsən Əhmədovun icraatına verilib. İlkin baxış iclası oktyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, B.Yaqubov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi