Yuxarı
    Bağlamaq

    Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans Mingəçevirdə qəzaya düşüb

    Təcili tibbi yardım maşını yararsız hala düşüb

    Mingəçevir. 27 iyul. REPORT.AZ/ Yevlax Rayon Mərkəzi Xəstəxanasından yanğın səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya düşüb.

    "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində, Nəsimi küçəsində baş verib. 

    Belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə oradakı xəstələri təxliyyə edən 90-JX-682 dövlət qeydiyyat nömrə nişanlı təcili tibbi yardım maşını yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çırpılıb. 

    Nəticədə təcili tibbi yardım maşını yararsız hala düşüb. Təcili tibbi yardım maşınında olan xəstə isə taksi ilə xəstəxanaya çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi