Yevlaxda zərcirvari qəza nəticəsində maşınlardan biri yanıb - FOTO

Yevlaxda zərcirvari qəza nəticəsində maşınlardan biri yanıb - FOTO Sərnişinlər arasında xəsarət alan olmayıb
Hadisə
11 May , 2017 01:53
Yevlaxda zərcirvari qəza nəticəsində maşınlardan biri yanıb - FOTO
Report.az

Yevlax. 11 may. REPORT.AZ/ Axşam saatlarında Bakı-Yevlax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “VAZ”, “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı Kəlbəcərdən olan məcburi köçkün Etibar İsayev idarə etdiyi "VAZ-2107" markalı avtomobil "Mercedes"ə dəyib, ona isə arxadan gələn və dövlət qeydiyyat nişanı olmayan "Niva" çırpılıb.

Nəticədə "VAZ-2107" yanmağa başlayıb və tam olaraq yararsız hala düşüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb. Digər avtomobillər yanğından mühafizə olunub. Avtomobillərdə olan sərnişinlər həyəcan keçirdiklərindən onlara təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən hadisə yerində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi