Yevlaxda zəncirvari qəza baş verib: 1 nəfər ölüb, 5 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB

Yevlaxda zəncirvari qəza baş verib: 1 nəfər ölüb, 5 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB Yaralılardan ikisi azyaşlıdır
Hadisə
3 İyul , 2017 14:52
Yevlaxda zəncirvari qəza baş verib: 1 nəfər ölüb, 5 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB

Yevlax. 3 iyul. REPORT.AZ/ Yevlax rayonu ərazisində baş vermiş zəncirvari yol qəzası zamanı Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Yusifova Qızpəri Dostməmməd qızı vəfat edib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində beş nəfər yaralanıb ki, onların da bir neçəsi eyni ailənin üzvləridir. Yaralanan şəxslər bunlardır:

İsmayılov Rasim Həmid oğlu, 1965-ci il təvəllüdlü, Yevlax rayon sakini;

İsmayılzadə Əli Tanrıverdi oğlu, 2012-ci il təvəllüdlü, Yevlax rayon sakini;

İsmayılzadə Banu Əli qızı, 2017-ci il təvəllüdlü, Yevlax rayon sakini;

Abbasova Təranə Rəfail qızı, 1993-cü il təvəllüdlü, Yevlax rayon sakini;

Yusibova Ülviyyə Zeynəddin qızı, 1956-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini;


*** saat 14:18

Yevlax. 3 iyul. REPORT.AZ/ Mingəçevir-Bəhrəmtəpə yolunda, Yevlax rayonu ərazisində zəncirvari qəza baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə zamanı iki “Vaz 2106” və bir “Vaz 2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Vaz 2106”da olan qadın sərnişin yerində dünyasını dəyişib. Üç nəfər isə ağır xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına gətiriliblər. 

Son xəbərlər

Orphus sistemi