Yevlaxda yük maşınları toqquşaraq aşıb, yaralılar var - FOTO - YENİLƏNİB

Yevlaxda yük maşınları toqquşaraq aşıb, yaralılar var - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Dekabr , 2018 16:12
Yevlaxda yük maşınları toqquşaraq aşıb, yaralılar var - FOTO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Yevlax. 25 dekabr. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, iki yük maşınının toqquşması zamanı Yevlax rayon sakinləri - 1993-cü il təvəllüdlü Rəşad Əlizadə, 1978-ci il təvəllüdlü İlqar Sərdarov, 1974-cü il təvəllüdlü Namiq Məhərrəmov və 1990-cı il təvəllüdlü Orxan Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xəstəxanaya çatdırılıb.


*** 09:16

Yevlax. 25 dekabr. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun rayonun Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “KamAZ” markalı yük maşınları toqquşub. Hər iki avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində xəsarət alan sürücülər ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi