Yevlaxda yük maşını yanıb, xəsarət alan var

Yevlaxda yük maşını yanıb, xəsarət alan var Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
25 Oktyabr , 2017 06:07
Yevlaxda yük maşını yanıb, xəsarət alan var

Yevlax. 25 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda yük maşınında baş vermiş yanğın zamanı sürücü xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 292-ci kilometrliyində, Yevlax şəhər ərazisində baş verib. 

Belə ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdi Mətləb oğlu Mirzəyevin idarə etdiyi "TIR" yük maşınının kabinəsi hələ ki, bilinməyən səbəbdən alışıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub və alovun genişlənməsinin qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi