Yevlaxda yük maşını yanıb, xəsarət alan var
Hadisə
- 25 oktyabr, 2017
- 02:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yevlax. 25 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda yük maşınında baş vermiş yanğın zamanı sürücü xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 292-ci kilometrliyində, Yevlax şəhər ərazisində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdi Mətləb oğlu Mirzəyevin idarə etdiyi "TIR" yük maşınının kabinəsi hələ ki, bilinməyən səbəbdən alışıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub və alovun genişlənməsinin qarşısı alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr