Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2

Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2 Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin məlum olub.
Hadisə
16 İyun , 2019 10:46
Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2
Foto: "Report"


Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, ölən şəxs "VAZ-2106" markalı avtomobilin sürücüsü olub. 

Belə ki, 1989-cu il təvəllüdlü Elşən Xəlilov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil qarşı tərəfdən gələn "QAZel" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücü E.Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayonu şöbəsinə yerləşdirilib. 


*** 9:23

Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı yaralan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun verdiyi xəbərə görə,  hadisə zamanı iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 8:31

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarbağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. 

Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi