Yevlaxda iki məktəblini avtomobil vurub, onlardan biri ölüb - YENİLƏNİB
- 24 aprel, 2021
- 18:41
Yevlax şəhərində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, "VAZ-21015" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.
Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.
Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
20:41
Yevlax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi başverib.
"Report"un məlumatına görə, hadisə şəhərin 7 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü və bir nəfərin də xəsarət aldığı bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.