Yevlaxda yol qəzası baş verib, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Yevlaxda yol qəzası baş verib, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Aprel , 2018 19:54

Yevlax. 16 aprel. REPORT.AZ/ Yevlax rayonunun Aran qəsəbəsində baş vermiş yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, yaralılardan üçü Mingəçevir, biri isə Yevlax rayon xəstəxanasına yerləşdirilib. 

Hazırda 1996-cı il təvəllüdlü Namiq Ramiz oğlu Məmmədov, 2000-ci il təvəllüdlü Vüsal Vüqar oğlu Quliyev və Amin Adil oğlu Hacıyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunur.  

Zaur adlı şəxs isə Yevlax Rayon Mərkəzi Xəstəxanasındadır. Onların vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xəsarət alanlar rayonun Aran qəsəbə sakinləridir.


*** 19:24

Yevlax rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hazırda qəza baş verən ərazəyə DYP əməkdaşları və təcili tibbi yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi