Yevlaxda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Yevlaxda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - YENİLƏNİB Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib
Hadisə
21 Dekabr , 2017 16:00
Yevlaxda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Yevlax. 21 dekabr. REPORT.AZ/ Yevlax rayonunda "Daewoo" markalı 10-KB-916 dövlət nömrə nişanlı avtomobillə "VAZ-2106" markalı 20-CP-126 dövlət nömrə nişanlı avtomobil toqquşub. 

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə "VAZ-2106"nın sürücüsü Əsədov Həsən Mehdi oğlu və onun kürəkəni və qızı, Yevlax rayon Səmədabad kənd sakinləri Abdullayev Abdulla Aydın oğlu (1970), Abdullayev Ruksanə Həsən qızı (1979) xəsarət alıblar.

Həkimlər sürücüyə yardım göstərdikdən sonra o, evə buraxılıb. Digər 2 yaralı isə xəstəxanaya yerləşdirilib.


*** 15:27

Yevlax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə "Stansiya Mingəçevir" adlanan ərazidə qeydə alınıb.

İki avtomobil toqquşub, yaralıların olduğu bildirilir.

Hazırda əraziyə polis və təcili tibbi yardım xidməti cəlb olunub.

Son xəbərlər

Orphus sistemi