Yevlaxda yol qəzası: 1 ölü, 4 yaralı

Yevlaxda yol qəzası: 1 ölü, 4 yaralı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
Hadisə
27 Fevral , 2017 11:52
Yevlaxda yol qəzası: 1 ölü, 4 yaralı

Bakı. 27 fevral. REPORT.AZ/ Yevlaxda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report"un verdiyi xəbərə görə, Yevlax rayonunun Xaldan kəndində Mingəçevir şəhər sakini Rüfət Ömərovun idarə etdiyi "Toyota" və Ağdaş rayon sakini Eldar Mustafayevin idarə etdiyi "VAZ-21214" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və R.Ömərovun 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Gülşən İsmayılova orada ölüb.

Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi