Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var Yevlaxın Hürüuşağı kənd ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
3 noyabr 2019 16:00
Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Yevlaxın Hürüuşağı kənd ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vuraraq öldürüb. Qəza zamanı avtomobildə olan 3 nəfər yüngül xəsarət alıb.

Qeyd edək ki, "VAZ" markalı avtomobilin arxasınca gələn "Mercedes" markalı avtomobil də yolun ortasındakı ölmüş camışın üstündən keçib. Nəticədə həmin avtomobilə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi