Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb Qəza zamanı iki nəfər xəsarət alıb
Hadisə
19 Sentyabr , 2017 21:27
Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

Yevlax. 19 sentyabr. REPORT.AZ/ Yevlax şəhərində avtobus ilə minik maşını toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Yevlax şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məxsus avtobusun "Mazda" markalı avtomobillə toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə "Mazda"nın 1984-cü il təvəllüdlü sürücüsü Fuad Zahid oğlu Rəhimov və avtobusun sürücüsü xəsarət alıb.

Hadisə zamanı avtobusda MKTB-də çalışan 10-a yaxın xadimə olub.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Hər iki yaralının vəziyyəti normaldır.

Son xəbərlər

Orphus sistemi