Yevlaxda və Göygöldə yanğın hadisəsi qeydə alınıb

Yevlaxda və Göygöldə yanğın hadisəsi qeydə alınıb Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
18 May , 2015 22:35
Yevlaxda və Göygöldə yanğın hadisəsi qeydə alınıb

Bakı. 18 May. REPORT.AZ/ Yevlaxda və Göygöldə yanğın hadisəsi qeydə alınıb.

 "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki,  Yevlax rayonunun Bünyadabad kəndində bu axşam yanğın baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 4 otaqlı evdə 1 otağın tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Göygöl rayonunda isə ümumi sahəsi 300 kv.m olan koməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi