Yevlaxda toydan qayıdan sərxoş sürücü avtomobilini kanala aşırıb

Yevlaxda toydan qayıdan sərxoş sürücü avtomobilini kanala aşırıb Yevlax. 18 aprel. REPORT.AZ/ Yevlax rayonunda toy mərasimindən qayıdan sərxoş sürücü avtomobilini su kanalına aşırıb.
Hadisə
18 Aprel , 2018 09:19
Yevlaxda toydan qayıdan sərxoş sürücü avtomobilini kanala aşırıb

Yevlax. 18 aprel. REPORT.AZ/ Yevlax rayonunda toy mərasimindən qayıdan sərxoş sürücü avtomobilini su kanalına aşırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Qoyunbinəsi kəndində baş verib. 

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq kəndin ərazisindən keçən su kanalına düşüb. Hadisə zamanı sürücü xəsarət alıb. Hadisə sürücüünü avtomobilini sərxoş vəziyyətdə idarəetməsi səbəbindən baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi