Yevlaxda sərxoş kişi öz həmyerlisini qətlə yetirib - YENİLƏNİB

Yevlaxda sərxoş kişi öz həmyerlisini qətlə yetirib - YENİLƏNİB Yevlax. 20 mart. REPORT.AZ/ Yevlax rayonunda həmyerlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub.
Hadisə
20 Mart , 2018 23:55
Yevlaxda sərxoş kişi öz həmyerlisini qətlə yetirib - YENİLƏNİB

Yevlax. 20 mart. REPORT.AZ/ Yevlax rayonunda həmyerlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Xaldan kəndi ərazisndə yeyib-içdikdən sonra tanışlar arasında mübahisə yaranıb. Mübahisə zəmnində məhkumluq həyatı yaşamış, Xaldan kənd sakini, 1958-ci il təvəllüdlü Mahir Tahir oğlu  Rzayev sərxoş vəziyyətdə öz tanışı, rayonun Birinci Salamabad kənd sakini, 1973-cü il təvəllüdlü  Xəyal Neman oğlu Yusifovu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.

Hadisəni törədən şəxs saxlanılıb.


***23:39

Yevlax. 20 mart. REPORT.AZ/ Yevlax rayon sakini həmyerlisi tərəfində qətlə yetirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Xaldan kəndi ərazisində baş verib. 

 Məlumatına görə, həm yerlilər arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi