Yevlaxda qətl törədən şəxsin məhkəməsi başlayır

Yevlaxda qətl törədən şəxsin məhkəməsi başlayır Yevlax rayonunda qətl törətməkdə təqsirləndirilən Namiq Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 Mart , 2020 13:49
Yevlaxda qətl törədən şəxsin məhkəməsi başlayır
pexels.com

Yevlax rayonunda qətl törətməkdə təqsirləndirilən Namiq Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirsəzyevin icraatında olan iş üzrə hazırlıq iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. 1985-cı il təvəllüdlü Cahangir Səfərovla, 1990-ci il təvəllüdlü N.Vəliyevlə aralarında mübahisə yaranıb.

Bu zaman N.Vəliyev C.Səfərovu bıçaqlayıb. O, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Vəliyevə Cianyət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi