Yevlaxda qətl törədən şəxsi polis əməkdaşları tərk-silah edərək saxlayıb - FOTO - YENİLƏNİB

Yevlaxda qətl törədən şəxsi polis əməkdaşları tərk-silah edərək saxlayıb - FOTO - YENİLƏNİB Yevlax rayonunda qətl törədən şəxs 2 polis əməkdaşı tərəfindən tərk-silah edilərək saxlanılıb.
Hadisə
29 İyul , 2019 16:48
Yevlaxda qətl törədən şəxsi polis əməkdaşları tərk-silah edərək saxlayıb - FOTO - YENİLƏNİB

Yevlax rayonunda qətl törədən şəxs 2 polis əməkdaşı tərəfindən tərk-silah edilərək saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, iyulun 27-si gecə saat 01:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları - polis mayoru Qurban Qasımov və polis serjantı Fariz İbrahimzadə şəhər ərazisində xidmətdə olan zaman şəhərin Həzi Aslanov və Elbrus Məmmədov küçələrinin kəsişməsində bir qrup şəxsin mübahisə etdiyini görüb həmin yerə yaxınlaşıblar. 

Orada bıçaqlı şəxsin bir nəfərə ağır xəsarət yetirdiyini, digər 2 nəfərə isə xəsarət yetirmək istəyən zaman barədə polis əməkdaşları xüsusi fənd tətbiq edərək onu tərk-silah ediblər.

Polis serjantı Fariz İbrahimzadə və köməyə gəlmiş polis əməkdaşları ilə birlikdə cinayəti törətməkdə şübhəli bilinən Namiq Vəliyevi saxlayaraq Polis Şöbəsinə aparıblar. Polis əməkdaşlarının peşəkarlığı və çevik müdaxiləsi nəticəsində iki nəfərin həyatı təhlükədən xilas edilib.

Qeyd edək ki, polis mayoru Qurban Qasımov dərhal ağır xəsarət almış yaralını avtomobillə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


*** 14:28

Yevlax rayonunda mübahisə zəminində qətl hadisəsi törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Yevlax rayon sakini, 1985-cı il təvəllüdlü Cahangir Səfərovla, 1990-ci il təvəllüdlü Namiq Vəliyevlə aralarında mübahisə yaranıb.

Bu zaman N.Vəliyev C.Səfərovu bıçaqlayıb.

O, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilsədə onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs isə hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi