Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib - FOTO

Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib - FOTO Qəza zamanı sürücü və bir nəfər sərnişin xəsarət alıb
Hadisə
22 İyul , 2017 07:03
Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib - FOTO
Foto: Report.az

Yevlax. 22 iyul. REPORT.AZ/ Yevlax rayonunda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib.

"Report”un Şirvan bürosu xəbər verir ki, qəza Yevlax-Gəncə avtomobil yolunun rayonun Aran qəsəbəsindən-Gorana gedən hissəsində, Qarabağ kanalından keçən körpü yaxınlığında baş verib.

Belə ki, qarpızla dolu "MAN" markalı yük maşını aşaraq magistral yolu bağlayıb. Tam dəqiqləşdirilməmiş ilkin məlumata görə, qəza zamanı sürücü və bir nəfər sərnişin xəsarət alıb.

Yolun bir hissəsi hələ də qapalıdır.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi