Bakı. 27 dekabr. REPORT.AZ/ Yevlax rayon sakini dəm qazından zəhərlənərək ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 26-da Yevlax rayon sakini Gülər Qarayeva evdən dəm qazından zəhərlənərək xəstəxanaya gətirilib. Edilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar aparılır.